AMADA elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Noyabrın 14-də Milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə, Çex Respublikasının paytaxtı Praqada Karl universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin katibi Radim Zelenko ilə bir araya gəlib.

Allsport.az saytı xəbər verir ki, rəsmisi görüşdə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edib. Söhbətdə, idmanda dopinqlə mübarizə sahəsində təhsil siyasəti paradiqmasına yenidən baxılması və uzunmüddətli əməkdaşlığın qurulması imkanları müzakirə olunub.

Görüş, AMADA-nın təhsil siyasətinin yenilənməsi istiqamətində həlledici addımları ifadə etməklə yanaşı, 2 ölkə arasında idmanda dopinqdən istifadəyə qarşı birgə mübarizəyə yönəlmiş təlim və tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Həmin kateqoriyadan