AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

Milli antidopinq agentliyi 21-27 iyulda Avropa gənclər olimpiya festivalında dopinq nümunələrinin toplanmasını təmin edəcək. Allsport.az saytı xəbər verir ki, AMADA idmançıları həm yarışlar zamanı, həm də yarışlardan kənar test edəcək. Nümunələrin toplanması festivalın bütün yarış məkanlarında həyata keçiriləcək.

Toplanmış nümunələr Köln şəhərində yerləşən və ümumdünya antidopinq agentliyi tərəfindən akkreditasiya edilmiş laboratoriyaya göndəriləcək. EYOF-da işləmək üçün onlarla dopinq nəzarəti inspektoru, şaperon və könüllülər cəlb edilib.

Bundan əlavə, festival çərçivəsində AMADA və Avropa olimpiya komitəsi bir sıra maarifləndirici tədbirlər keçirəcəklər.

Festivalın açılılş mərasimi iyulun 21-də baş tutacaq. Avropanın ən güclü yeniyetmə atletləri bir həftə ərzində 10 idman növündə yarışacaqlar.

Həmin kateqoriyadan