AMADA həndbolçulara təlim keçib

Milli antidopinq agentliyi ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları ilə əməkdaşlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, belə tədbirlərdən biri “ABU arena”da təşkil olunub. Federasiyanın rəsmiləri, həkimləri və idmançılarının qatıldığı görüş maarifləndirici xarakter daşıyıb.

AMADA təmsilçiləri tərəfindən dopinqlə mübarizə yolları haqqında ətraflı məlumat verilib, həkimlər və həndbolçular qadağan olunmuş preparatlar barədə məlumatlandırılıblar. Bu cür tədbirlərin əsas məqsədi ölkədə dopinqlə mübarizənin səmərəli şəkildə aparılmasıdır.

Yerli idman federasiyaları ilə imzalanan memoranduma əsasən təşkil olunan maarifləndirici görüşlər artıq öz bəhrəsini verməkdədir. Son zamanlar idmançılarımızın dopinq qalmaqallarında adlarının hallanmaması bunu təsdiqləyir.

Həmin kateqoriyadan