AMADA “Heydər Əliyev ili” ilə əlaqədar silsilə tədbirlər keçirəcək

Allsport.az xəbər verir ki, “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan milli antidopinq agentliyi (AMADA) 2023-cü ilin aprel ayını ədalətli idman ayı elan edib. Ölkədə idmanda ədalət prinsipinin və təmiz idman dəyərlərinin qorunmasından məsul qurum olan AMADA ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırır.

“Heydər Əliyev İli” çərçivəsində keçiriləcək ədalətli idman ayı Ulu Öndərin səsləndirdiyi “Qoy ədalət zəfər çalsın” şüarı altında baş tutacaq. İdmanda ədalət prinsipinin əhəmiyyətini və idmançıların bu prinsipə sadiqliyini təşviq edən silsilə tədbirlərə ölkədə fəaliyyət göstərən bir çox idman qurumları da qoşulacaq.

Həmin kateqoriyadan