AMADA idmançılardan ibarət komissiya yaratdı

Milli antidopinq agentliyi idmançılar məsləhətçi komissiyasını təsis edib. Allsport.az xəbər verir ki, komissiyanın əsas məqsədi agentliyin fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir. Tərkibi təsdiqlənən komissiya 12 idmançıdan ibarətdir:

Açıq elan əsasında üzv seçilən idmançılar: İlham Zəkiyev, Hacı Əliyev;

İdman federasiyalarının seçdikləri idmançılar: Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasileva, Kamran Şahsuvarlı, Rüstəm Orucov, Ruslan Abışov.

Komissiya tərkibində bütün idman sahələrinin ədalətli və bərabərhüquqlu təmsilçiliyini təmin etmək məqsədilə mütəmadi rotasiyalar aparılacaq.

Həmin kateqoriyadan