AMADA jurnalistlər üçün antidopinq intellektual yarış keçirdi

Milli antidopinq agentliyi (AMADA) Milli mətbuat günü münasibətilə idman jurnalistləri üçün maarifləndirici xarakterli intelektual-əyləncəli tədbir keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli mətbuat işçilərini təbrik edərək Azərbaycan mətbuatının keçdiyi böyük yoldan danışıb.

O, antidopinq maarifləndirməsində mətbuatın rolundan bəhs edib, AMADA-nın bu istiqamətdə hər zaman mətbuatla sıx əməkdaşlığını xatırladıb və vaxtaşırı jurnalistlər üçün antidopinq maarifləndirmə tədbirləri keçirildiyini söyləyib.

Sonra jurnalistlər arasında bilik yarışı keçirilib. Böyük rəqbət şəraitində keçirilən yarışda jurnalistlər əsasən antidopinq sahəsində olmaqla, ümumilikdə idman biliklərini sınayıblar. Komandalar halında yarışan jurnalistlər biliklərini sərgiləmklə yanaşı əylənərək. maraqli vaxt keçiriblər. Sonda qalib komandanin üzvləri mükafatlandırılıb.

Həmin kateqoriyadan