AMADA-nın bölgələrdə antidopinq maarifləndirmə tədbirləri davam edir

AMADA-nın təhsil şöbəsi noyabrın 24-də Yardımlı rayon UGİŞM PHŞ-də “Antidopinq dəyərləri” seminarı keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda güləş, şahmat və futbol növləri ilə məşğul olan 276 yeniyetmə və gənc idmançı iştirak edib.

Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün İstisna icazəsi və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar zamanı iştirakçılara dopinqin və xüsusilə də narkotik vasitələrin idmançı sağlamlığına təhlükələri haqqında məlumata geniş yer verilib. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən seminar iştirakçıları seminardan öncə pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.

Seminar zamanı sual cavablarda xüsusi fəallıq göstərən idmançılara AMADA tərəfindən xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan