- Baxış sayı: 32
- 03 Dekabr 2024 15:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli Ümumdünya antidopinq agentliyinin milli antidopinq təşkilatları üzrə yeni yaradılan ekspert məsləhətçi qrupunun üzvü seçilib. Allsport.az saytı xəbər verir ki, 10 mütəxəssisdən ibarət qrupda Azərbaycan da daxil olmaqla, 9 ölkənin (Norveç, Peru, İsveç, Tunis, Kanada, Böyük Britaniya, Fransa, Çin) və bir beynəlxalq təşkilatın (İNADO) nümayəndəsi təmsil olunur.
Yeni yaradılan ekspert məsləhətçi qrupunun məqsədi ÜADA-ya bütün milli antidopinq təşkilatlarının qısa və uzunmüddətli inkişaf proqramları üzrə ekspert məsləhət, tövsiyə və təlimatları verməkdir.
2021-ci ildə yeni Ümumdünya antidopinq məcəlləsinin və beynəlxalq standartların qüvvəyə minməsi ilə paralel olaraq, agentliyin özündə də rəhbər, işçi və ekspert qurumları ilə bağlı bəzi struktur dəyişiklikləri edilib. Bu dəyişikliklərdən biri də bəzi məsləhətçi qrupların ekspert qruplarına çevrilməsidir. Dəyişikliklərə əsasən, yeni yaradılan qrupların ÜADA icraiyyə komitəsi və təsisçilər şurasının baxdığı məsələlərə ekspert məsləhətləri verməsi təmin edilib.