AMADA-nın icraçı direktoru gender bərabərliyi üzrə məruzəçi seçilib

Fransanın Strasburq şəhərində Avropa Şurasının Agora binasında Ümumdünya antidopinq agentliyi (VADA) üzrə Ad Hoc Avropa komitəsinin (CAHAMA) 67-ci iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yüksək səviyyəli toplantıda Avropa ölkələrinin nümayəndələri antidopinq sahəsində aktual məsələləri müzakirə edib, qitənin koordinasiya olunmuş mövqeyini formalaşdırıb və VADA-nın qarşıdakı icraiyyə komitəsinin iclasına hazırlıq aparıblar.

Mötəbər tədbirdə ölkəmizi Azərbaycan milli antidopinq agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndi heyəti iclasda fəal iştirak edib, müzakirələrə qoşulub və əsas antidopinq strategiyalarının formalaşdırılmasına töhfə verib.

İclasın əsas məqamlarından biri CAHAMA-nın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi olub. AMADA-nın icraçı direktorunun müavini Rüfət Əfəndiyev isə gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçiliblər. Seçkilər CAHAMA-nın güclü idarəçilik, inklüzivlik və gender bərabərliyinə sadiqliyini bir daha nümayiş etdirir.

Həmin kateqoriyadan

azenrutr