AMADA-nın yaranmasından 2 il ötüb

Milli antidopinq agentliyinin yaradılmasından 2 il ötür. Allsport.az saytı xəbər verir ki, müstəqil qurum olan AMADA 2016-cı il dekabrın 23-də Azərbaycanda antidopinq proqramının həyata keçirilməsi məqsədilə yaradılıb. Bu model dünyada effektiv antidopinq proqramları üçün qızıl standart hesab edilir.

Təsis olunmasından cəmi iki il keçməsinə baxmayaraq, milli antidopinq agentliyi və onun gördüyü işlər qlobal antidopinq hərəkatı tərəfindən tanınır və yüksək qiymətləndirilir. AMADA təhsil, tədqiqat, hədəfli testlər, sanksiyalar, hüquq-mühafizə orqanları ilə effektiv əməkdaşlığa əsaslanan hərtərəfli antidopinq yanaşmasını tətbiq edir.

AMADA-nın heyəti səylərini idmançıların sağlam və təmiz şəraitdə rəqabət aparmaq hüququnun müdafiəsinə və yarışmanın dürüstlüyünün qorunmasına yönəldir.

Həmin kateqoriyadan