AMADA “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirdi

Milli antidopinq agentliyi (AMADA) aprelin 18-də “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı tədbir keçirib. Allsport.az saytı xəbər verir ki, idmanda ədalət prinsipinin qorunması və təbliğinə həsr olunmuş tədbirdə məşhur idmançılar və idman mətbuatının nümayəndələri iştirak edib. Çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli, Azərbaycan dövləti hər bir sahədə olduğu kimi, idmanda da ədalət prinsipinə sadiqdir və onu qorumağa çalışdığını deyib.

Azərbaycan hər zaman ədalətin yanındadır və ədalətli bərqərar edir. 44 günlük Vətən müharibəsi bunun ən bariz nümunəsidir. AMADA-nın direktoru bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi idmanda da ədalət prinsipinin qorunmasına  ölkəmizin beynəlxalq  aləmdə  ləyaqətlə təmsil olunmasına böyük əhəmiyyət verir.

Məhz dövlət başçısının fikirlərini rəhbər tutaraq AMADA idmanda ədalət prinsipinin daha geniş şəkildə təbliğ etmək üçün  müəyyən tədbirlər həyata keçirir. 2022-ci ilin Şuşa ili elan olunduğunu da nəzərə alaraq  bu şəhərdə “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” adlı bir layihə reallaşdırılıb. Həmin layihə əsasında isə eyni adlı videoçarx hazırlanıb. Tədbirdə videoçarxın təqdimatı da olub.

Şəfəq Hüseynli, Şuşa səfərinin baş tutması və yaradılan şəraitə görə dövlətimizə xüsusi ilə də, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və orada  fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirib.

Sonra isə ədalətli idmanın və təmiz idman dəyərlərinin qorunmasında idmançıların və medianın rolu mövzusunda müzakirələr aparılıb. Çıxış edən idmançılar və media nümayəndələri AMADA-nın  bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirmiş və “Qəhrəmanların və dahilərin izi ilə təmiz qələbələrə doğru” layihəsinə dəstəklərini ifadə etmişlər. Ədalətli idmanın təbliğinin vacibliyi vurğulanmış, bu istiqamətdə məşhur idmançıların və medianın rolunun artırılması ilə bağlı təkliflər irəli sürülmüşdür.

Həmin kateqoriyadan

azenrutr