AMADA seminar keçib

Azərbaycan milli antidopinq agentliyi (AMADA) və “Təhsil” respublika idman mərkəzinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici tədbir keçirilib. Allsport.az xəbər verir ki, seminarda uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi müəllimləri, direktorları, yeniyetmə və gənc idmançılar iştirak ediblər. Təqdimat şəklində keçirilən məşğələdə antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti haqqında idmançılara ətraflı məlumat verilib.

AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov antidopinq qaydaları, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər.

Qaydalara əsasən, idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı, məkan məlumatını təmin etməlidir.

İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda AMADA-nın əməkdaşı Q.Səfərova “Təhsil” respublika idman mərkəzi tərəfindən təşəkkürnamə təqdim olunub.

Həmin kateqoriyadan