- Baxış sayı: 47
- 06 Aprel 2025 13:15
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Milli antidopinq və Azərbaycan qida təhlükəsizliyi agentlikləri arasında videokonfrans olub.
Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli və AQTA-nın sədr müavini Zəkiyyə Mustafayevanın iştirak etdiyi görüşdə “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiyanın müvafiq maddələri, idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.
Sonra idman qidasının dopinq vasitələrilə saxtalaşdırılmasına qarşı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.