- Baxış sayı: 42
- 26 Mart 2026 12:23
- Baxış sayı: 28
- Mart 26, 2026
- 0
Bu gün Uruqvayın paytaxtı Montevideoda təşkil olunan qadınların Dünya Hokkey Liqasının 2-ci raundunun yarımfinalında millimiz italiyalı həmkarları ilə qarşılaşacaq. Matçdan öncə komandamızın üzvü Amaliya Həsənova Allsport.az saytına açıqlama verib.
Otüstü hokkeyçimiz deyib ki, rəqib səviyyəlidir: «İtaliya yığması ilə gücümüz bərabər qiymətləndirilir. Bizim böyük hədəflərimiz var. Onun üçün var qüvvəmizlə mübarizə aparacağıq.
Finala vəsiqə Dünya Hokkey Liqasının 3-cü raunduna adlamaq deməkdir. 2 dəfə olimpiya oyunlarına lisenziyanın bir addımlıqda dayanmışıq. İnşallah, 3-cü cəhdimiz uğurlu olar».