- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

“Sumqayıt”ın tarixində ən məhsuldar futbolçu olan Amil Yunanov yubiley qolu vurub. Allsport.az saytı xəbər verir ki, hücumçu “kimyaçılar”ın heyətində 25-ci dəfə fətrləni Bu, 18-ci turun “Qarabağ”la görüşünə (1:1) təsadüf edib.
Matçda hesabı açan Amil “Sumqayıt”ın heyətində 65-ci matçda 25-ci dəfə fərqlənib. O, 2015/16 mövsümündə 12, 2016/17 mövsümündə 6, cari çempionatda isə 8 dəfə qol sevinci yaşayıb. Futbolçunun orta məhsuldarlığı 0,38-ə bərabərdir.
Qeyd edək ki, ümumilikdə, 25 yaşlı forvard premyer liqada 26 qol vurub. O, ilk qolunu 2011/12 mövsümündə “Qəbələ”nin heyətində rəqib qapısından keçirib.