- Baxış sayı: 31
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Canal+” telekanalının jurnalistlər və keçmiş futbolçular arasında keçirdiyi sorğu nəticəsində XXI əsrin birinci rübünün ən yaxşı yarımmüdafiəçilərinin reytinqi müəyyənləşib.
Allsport.az xəbər verir ki, siyahıya əfsanəvi fransalı futbolçu Zinəddin Zidan başçılıq edir.
İlk üçlükdə həmçinin İspaniya futbolunun ulduzları Andres İnyesta və Xavi yer alıblar.
Reytinqin ilk onluğuna Luka Modriç, Andrea Pirlo, Luiş Fiqu, Kaka, Stiven Cerrard, Kevin de Brüyne və Toni Kroos daxil ediliblər.