- Baxış sayı: 24
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Peşəkar futbolda təzminat üzrə arbitraj komitəsi “Liverpul”un Rio Nqumoanın keçidi ilə bağlı “Çelsi”yə 2,8 milyon funt-sterlinq ödəməsi barədə qərar çıxarıb.
Allsport.az xəbər verir ki, bu məbləğ 17 yaşlı futbolçunun gələcək uğurlarına görə bonuslarla birgə 6,8 milyon funt-sterlinqə çata bilər. 2016-2024-cü illərdə London klubunun akademiyasında yetişmiş Nqumoa cari mövsümdə mersisaydlıların heyətində artıq 13 oyun keçirib.