Anatoli Banişevski – 77

Fevralın 23-ündə Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olmuş, uzun illər “Neftçi” klubunun heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin doğum günüdür.

Allsport.az saytı xəbər verir ki, o, 1946-cı ildə Bakıda anadan olub. Uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. Sonra “Neftyanik”ə (indiki “Neftçi”) keçib. Bu komandanın 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında böyük əməyi olub.

O, 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA dünya jubokunda da iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.

1981-1983 illərdə “Neftçi”də çalışıb, 1984-1988-ci illərdə Burkina-Fasoda millisində məşqçi olub. O, 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib.

Həmin kateqoriyadan