- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Anatoli Banişevski: “Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim”.
Onun vəfatından ad və soyadındakı hərflərin sayı qədər-17 il ötüb. 16 yaşında “Neftçi”nin əsas heyətində debüt etmiş Banişevski, 3 il sonra SSRİ yığmasına çağırılıb. Yığma komandanın ilk 8 oyununda 7 qol vurmuş əfsanəvi hücumçu qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilib. 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış “Banya”, həmin il yığma komanda ilə dünya çempionatının yarımfinalında oynayıb.
Ümumilikdə, SSRİ yığmasının forması ilə 50 matçda meydana çıxmış Banişevski, 19 dəfə rəqib qapılarına yol tapıb. Karyerası ərzində yalnız “Neftçi” klubunun şərəfini qorumuş “Banya” sadiqliyi ilə azarkeşlərin qəlbini fəth edib. “Neftçi”də 288 oyun keçirmiş hücumçu, 136 qolla sevimli komandasının qələbələrində pay sahibi oldu. SSRİ çempionatı və kuboku, həmçinin yığma komandanın heyətində 100 dəfədən artıq fərqləndiyi üçün bombardirlərin “Qriqori Fedotov klubu”na üzv qəbul edilib.
Banişevski 1981-ci ildə “Neftçi”də məşqçi fəaliyyətinə başlayıb. Doğma komandasında iki mövsüm çalışmış Anatoli Banişevski, 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsini yerinə yetirib.
1996-cı ilə Banişevski ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub. Amanısız xəstəlik Banyanı 51 yaşında məğlub edib. Oyunu və sadiqliyi ilə milyonların sevgisini qazanmış Anatoli Banişevski 1997-ci il dekabr ayının 10-da dünyasını dəyişib. Buna qədər isə o bizim futbol dünyamızı dəyişməyə imkan tapmışdı.
Çox sağ ol “Banya”! Hər şeyə görə!
(www.neftchipfk.com)