- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandaya yeni qoşulan Kilian Mbappedən necə istifadə etməyi planlaşdırdığından danışıb. İtaliyalı mütəxəssisin sözünə görə, o, Bellingemlə yaxşı duet təşkil edəcək:
“Mən görürəm ki, o, öndə oynayacaq, lakin kənara daha yaxın olacaq. Düşünürəm ki, yaxşı hücum oyununun açarı hərəkətlilikdir.
Vinisiusun ötən mövsüm harada oynadığını soruşsanız, cavab tapmaq asan olmayacaq. O, sol cinah yarımmüdafiəçisi oynamadı. O, bəzən solda, bəzən də mərkəzdə hərəkət edirdi. Bellingem sol, sağ və mərkəzdə oynadı.
Rodriqo əksər matçlara sağdan başlayırdı, amma bəzən matçlar zamanı onun solda oynadığını görürdüm (gülür). Mobil olmaq çox vacibdir”.