- Baxış sayı: 59
- 20 Mart 2026 17:53
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

Belçika çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” də növbəti matçını keçirib.
Sözügedən klub doğma meydanda “Genk”lə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, “Anderlext” 7 turdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb.