- Baxış sayı: 72
- 24 Fevral 2026 17:58
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Azərbaycan idman akademiyası (ASA) ilə Azərbaycan kamandan oxatma federasiyası (AKOF) arasında əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Allsport.az xəbər verir ki, memorandumu ASA-nın keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov və AKOF-un baş katibi Fərid Xəlilov imzalayıblar.
Mərasimdə çıxış edənlər bildiriblər ki, sözügedən əməkdaşlıq çərçivəsində oxatma idman növünün peşəkar inkişafına yönəlmiş birgə layihələrin icrası nəzərdə tutulur.