- Baxış sayı: 88
- 22 Dekabr 2025 10:07
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

Qılıncoynadanlarımız Türkiyə paytaxtında açıq turnirdə 2 bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, Maqsud Hüseynli böyüklərdə, Fərəh Abbasova isə gənclərdə sablya növündə fərqlənib.
Kişi sablyaçılarımızdan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.