- Baxış sayı: 52
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
“Simurq”un qış təlim-məşq toplanışıyla bağlı planları artıq məlumdur. Allsport.az xəbər verir ki, Zaqatala klubu yanvarın 6-da Antalyaya yola düşəcək.
Komanda “Sirena Belek” otelində məskunlaşacaq. Zaqatala təmsilçisi burada dörd yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar 15, 18, 21 və 24 yanvar tarixlərində baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Albaniyanın “Partizani” klubu olacaq.
Qeyd edək ki, “Simurq” yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.