- Baxış sayı: 37
- 09 Aprel 2025 10:53
- Baxış sayı: 77
- Aprel 09, 2025
- 0
Dünən kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçuları Türkiyə Super Liqasında mənsub olduqları klublarda növbəti matçlara çıxıblar.
Allsport.az saytı xəbər verir ki, 12-ci turda Oleq Georgiyevskinin çıxış etdiyi «Trabzonspor» geriləməkdə davam edir. Ötən qarşılaşmada «Antalya»ya 27:28 məğlub olan qaradənizlilər, bu turda yarış cədvəlinin 2-ci sırasında qərarlaşan «Ankara B.B.» komandasına 2 top fərqi ilə uduzub – 28:30. «Bordo-mavililər» 10 xalla 9-cu yerdədir.
Sergeyin Georgiyevskinin formasını geyindiyi «Antalya» yenə qalib gəlib. Cənublular «Nülufər» klubunu 24:22 hesabı ilə üstələyib. Bu kollektiv 8 xalla 11-ci sıraya yüksəlib.