- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İdmanda ədalət və dürüstlüyə gedən yol ilk növbədə maariflənməkdən başlayır. Allsport.az saytı xəbər verir ki, ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlar idmançılarla yanaşı məşqçi, tibbi heyət və idman federasiyalarının məsul şəxslərinə də şamil edilir.
Bu baxımdan, antidopinq təlim-tədris prosesində iştirak həm məşqçi, həm də idmançının təmiz idman dəyərlərinə yiyələnməsində aparıcı rol oynayır. Əlavə olaraq, vebinar zamanı iştirakçıların ümumdünya antidopinq məcəlləsi və beynəlxalq standartlar haqqında bilikləri də yoxlanılır.
Bu, hər bir məşqçinin, məsul şəxsin və tibbi heyət üzvünün öyrənilən mövzuları təkmilləşdirməsinə imkan yaradır.