- Baxış sayı: 76
- 28 Yanvar 2026 13:11
- Baxış sayı: 145
- Fevral 08, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Hindistanın Nyu Dehli şəhərinə səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirak edib. O əvvəlcə Hindistan gənclər və idman nazirliyi, Hindistan milli antidopinq agentliyi və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən “Antidopinqdə inklüziv landşaftın yaradılması” beynəlxalq konfransının açılış mərasimində iştirak edib.
Həmçinin Nyu Dehlidə İdmanda dopinqə qarşı Beynəlxalq konvensiyanın tərəflər konfransının (COP-9) IX sessiyası bürosunun 2-ci rəsmi iclası keçirilib. Fərid Qayıbov COP-9 bürosunun vitse-prezidenti olaraq iştirak edib. 1-ci rəsmi toplantı bu il martın 5-6-da Bakıda keçirilib.