APL-in tən yarısı cərimələndi

AFFA intizam komitəsinin qərarları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 7-ci turunda qayda pozuntularına görə cərimələr olub.

“Turan Tovuz”la oyununda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat ziyana düşüb. Görüş vaxtı meydançaya kənar əşyalar atıldığına görə Tovuz təmsilçisi 800 manat ziyana düşüb.

“Səbail” – “Sabah” matçında ev sahibi komandanın 7, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün klubların hər ikisi 700 manat cərimələnib. Bundan başqa, “Səbail”in azarkeşlər tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “dənizçilər”ə xəbərdarlıq edilib.

“Zirə” ilə oyunda əsasnamənin tələbləri pozulduğuna görə, “Sumqayıt” 500 manat cərimə ödəyəcək.

Həmin kateqoriyadan