- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qəbələ” avqustun 6-da “Bakcell Arena”da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin “Apollon” klubu ilə cavab matçına çıxacaq. Allsport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, oyundan bir gün öncə komandalar matçın baş tutacağı arenada son məşqə çıxacaqlar, baş məşqçilər isə mətbuat konfransı keçirəcəklər.
Lakin “Apollon”un baş məşqçisi Pedro Emanuel Bakıda jurnalistlər önünə çıxmaqdan imtina edib. Qarşı tərəf bunun üçün bir səbəb göstərməyib. Qonaq komandanın “Bakcell Arena”da məşqi isə 20:00-da başlayacaq.
Roman Qriqorçukun mətbuat konfransı isə saat 20:30-da start götürəcək. “Qəbələ” saat 21:00-dan etibarən açıq məşqə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Apollon” matçı saat 21:00-da başlayacaq.