- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Kiprin “Apollon” klubunun baş məşqçisi Pedro Emanuel Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Apollon” yaxşı rəqibə qarşı fantastik oyun sərgilədi. Avrokuboklarda tarixi uğura imza atmağa çox yaxın idik. Çünki ardıcıl beş oyunda qol buraxmadan qalib gələcəkdik. Lakin bizi bu imkandan məhrum etdilər. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan öncə qol vuracaqlarını bildirmişdi. O, buna əmin idi. Komandası onun inamını doğrultdu. Lakin çox təəssüf ki, hətta bu cür səviyyəli bir turnirdə də belə hakimliklə üzləşirik. Bizim komandaların oyunlarına cəsarətli hakimlərin təyin olunması lazımdır. Düzdür, onun son saniyələrdə bizim qapımıza penalti təyin etməyə cəsarəti çatdı, amma, ikinci dəqiqədə rəqib qapısı qarşısında eyni qərarı verməyə cəsarəti olmadı”.
Rəqib komandanın çalışdırıcısı “Qəbələ”nin kapitanı Cavid Hüseynovun qol vurduqdan sonrakı jestinə də münasibət bildirib: “Qol vuran futbolçu niyə belə hərəkət etməlidir ki? Mən bunu şəxsən özümə qarşı aqressiya, zərbə hesab edirəm. Hakim bunu gördü, amma paltardəyişmə otağına qaçmaqdan başqa heç nə etmədi”.
“Apollon”un baş məşqçisi cavab matçı üçün də iddialı danışıb: “Hələ heç nə bitməyib. Cavab matçında qələbəyə oynayacağıq. Səfərdə yaxşı oynasaq, mərhələni keçəcəyik”.