- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qarşıdan gələn Novruz Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Mən nəticədən danışmayacağam. Sadəcə, deyim ki, bu oyundan sonra gedib bir qədər dincəlmək olar. Çoxdandır ki, biz belə oyun sərgiləmirdik. Hesab edirəm ki, Azərbaycanın ən güclü komandasına qarşı yaxşı oynadıq. İki dəqiqəlik də olsa, “Qarabağ”a həyəcan yaşada bildik”.