Aqil Məmmədov: “Hesab oyuna görə oldu”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Mövsümdə ilk ev oyunumuza çıxdıq. Bu qarşılaşmada qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularda bu istək vardı. Amma sonradan öz səhvimizdən qol buraxıb, 1 xalla kifayətlənməli olduq. Ümid edirəm ki, bu oyun azarkeşlərin də xoşuna gəldi. “Xəzər Lənkəran” yaxşı komandadır, həmişə çempionluğa oynayır. Hesab oyuna görə oldu. Standart vəziyyətdən qol vurduğumuz kimi, standart vəziyyətdən də buraxdıq. Qələbə də qazana bilərdik, uduza da”.

Həmin kateqoriyadan