Aqil Məmmədov: “Onlara heç futbolçu demək olmaz”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.

Həmin kateqoriyadan