- Baxış sayı: 65
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 141
- Dekabr 05, 2025
- 0

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz “Qəbələ”nin gücünə, səviyyəsinə bələdik. Odur ki, bu gün əks hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik. Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam”.