- Baxış sayı: 29
- 18 Dekabr 2025 12:51
- Baxış sayı: 374
- Dekabr 17, 2025
- 0

“Barselona”nın müdafiəçisi Ronald Arauxo uzun fasilədən sonra meydana qayıtmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, “Çelsi” ilə oyunda aldığı qırmızı vərəqə və ardınca yaşadığı psixoloji problemlər səbəbindən komandadan uzaq qalan 26 yaşlı futbolçu, hazırda Uruqvayda fərdi məşqlər keçir. O, fiziki hazırlıq prosesini klubun nümayəndələri ilə məsləhətləşərək davam etdirir. Arauxonun həm fiziki, həm də mənəvi cəhətdən tam bərpa olaraq yaxın zamanda Kataloniya klubuna qoşulacağı gözlənilir.