- Baxış sayı: 167
- 11 Fevral 2026 20:49
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Rusiyalı tennisçi Daniil Medvedev Vyanada keçirilən turnirin birinci dövrəsində portuqaliyalı Nunu Borjes üzərində qələbə qazanıb.
Allsport.az xəbər verir ki, :ünya reytinqində 14-cü sırada yer alan Medvedev rəqibini 6:4, 6:7 (7:9), 6:2 hesabı ilə məğlub edib.
Bu, onun üçün ardıcıl beşinci qələbədir. Rusiyalı tennisçi sonuncu dəfə bu cür uğuru 2024-cü ilin iyul ayında göstərmişdi. Həmin vaxt o, ardıcıl beş matçda qalib gələrək Uimbldonun yarımfinalına yüksəlmiş və orada ispaniyalı Karlos Əlqərəzə uduzmuşdu.