- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı. Birinci hissədə hesab 5:0 da ola bilərdi. Amma çox təəssüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Qarşıda gələn “İnter”lə kubok matçına ciddi hazırlaşmalıyıq”.