- Baxış sayı: 6
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı bir oyun izlədik. Oyunda 5 qol vuruldu. Əvvəlcə “Qarabağ” iki qol vursa da, sonradan biz toparlanıb, iki qol vurduq və hesabı bərabərləşdirdik. Daha sonra “Qarabağ” bir qol vurmağı da bacardı. Ardıcıl görüşlərdə fərdi səhvlərdən qollar buraxırıq. Bunu araşdırmaq lazımdır. Amma ümumilikdə götürsək, komandam yaxşı oyun sərgilədi”.