- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Sərbəst güləş millimizin İstanbul toplanışı davam edir. Gündə 2 dəfə məşq edən bahadırlar yanvarın 10-12-də keçiriləcək “Yaşar Doğu” qran-prisinə hazırlaşırlar. Komandanın 2-ci məşqçisi Arif Abdullayev allsport.az saytına açıqlamasında hər şeyin qaydasında getdiyini deyib:
“Təlim-məşq qaydasında gedir. Türkiyə ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Bolqarıstan və Rusiyanın Yakutiya komandaları toplanışa qatılıblar. Kiçik zədəliləri hesaba almasaq, durum normaldır.
“Yaşar Doğu” yarışında iştirak edəcək heyət hələ tam müəyyənləşməyib. Bu sınaqdan sonra Bakıya dönəcəyik və Avropa çempionatına evdə hazırlaşacağıq” (Arif Abdullayev şəkildə sağda).