- Baxış sayı: 47
- 08 Mart 2026 11:52
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Azərbaycan idman akademiyası (ASA) ilə Malayziyanın İNTİ beynəlxalq universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Allsport.az xəbər verir ki, görüşdə ASA-nı tədris işləri üzrə prorektor Ülkər Babayeva, ümumi işlər üzrə prorektor Taleh Qələndərli və beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Həsən İbrahimli təmsil ediblər.
Memorandum tərəflər arasında tədris, elmi fəaliyyət və beynəlxalq əlaqələr sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, ASA və İNTİ ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq reytinqlər istiqamətində əməkdaşlıq edəcək, professor-müəllim heyətinin və tədqiqatçıların, həmçinin fizioterapiya və idman menecmenti ixtisasları üzrə bakalavr tələbələrinin mübadiləsini həyata keçirəcəklər. Bununla yanaşı, birgə seminar və konfranslar təşkil olunacaq.
Sözügedən memorandum ASA-nın cənub-şərqi Asiya regionunda yerləşən universitetlərlə imzaladığı ilk əməkdaşlıq sənədidir.