- Baxış sayı: 33
- 03 Dekabr 2024 20:21
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
Azərbaycan voleybol federasiyası (AVF) tərəfindən təşkil olunan tədbir 2 gün davam edib. Allsport.az saytı xəbər verir ki, seminarda 38 məşqçi-müəllim iştirak edib. Onlar paytaxtda və regional voleybol klublarında çalışan mütəxəssislər olublar. Nəzəri və praktik dərslərdən ibarət seminarı FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cingiz Axarçeşmə, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçiblər.
İştirakçılara son illər voleybol qaydalarına tətbiq edilən dəyişiklik, sistem və taktiki yeniliklər, həmçinin bu idman növünə yeni başlayan uşaqlarla düzgün işləmə metodları haqqında ətraflı məlumat verilib. Gəncə OİK-də baş tutan praktik dərslərdə isə uşaqlarla fiziki və texniki məşqlər zamanı işləmə metodları göstərilib.
Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi Səviyyə kateqoriyalı seminarlarda iştirak hüququ verən “İştirakçı Sertifikatı” təqdim olunub.