- Baxış sayı: 179
- 29 Oktyabr 2025 14:08
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Martın 13-ündə ASAPES rektoru Fuad Hacıyev Çex Respublikasına səfəri çərçivəsində Karlov universitetinin rektoru Milena Kraliçkova ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüşdə Karlov universiteti, xüsusilə də bədən tərbiyəsi və idman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib.
Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulandı və bu istiqamətdə işlər aparılması üçün KU professorlarının hazırda akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib.