Asiyada yeni yarış

Asiya futbol konfederasiyası (AFK) qitənin milli komandaları üçün yeni turnirin — millətlər liqasının yaradılacağını rəsmən təsdiqləyib.

Allsport.az xəbər verir ki, konfederasiya bu qərarı FİFA-nın beynəlxalq transfer pəncərələri zamanı yoldaşlıq oyunlarının təşkilində yaranan çətinliklərlə əsaslandırıb. Belə ki, münasib rəqiblərin tapılmaması, artan xərclər və mürəkkəb logistika yoldaşlıq görüşlərinin dəyərini aşağı salır. Yeni turnir isə milli komandalara müntəzəm və proqnozlaşdırılan təqvim təqdim edəcək, eləcə də oxşar səviyyəli rəqiblərin qarşılaşmasını təmin edəcək.

Turnirin formatı, start tarixi və keçirilmə qaydaları barədə ətraflı məlumat müvafiq məsləhətləşmələr aparıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.

Həmin kateqoriyadan