Aslan Ağayev: “Nəzərdə tutulan həyata keçdi, indi qalır bunu Tokioda uğurla bitirmək”

Bolqarıstan paytaxtı Sofiyada güləş üzrə dünya olimpiya təsnifatında qadınlarda 68 kq-da çıxış edən Elis Manolova Tokio oyunlarına vəsiqə qazanıb. Bu, yarışda yiyələndiyimiz yeganə lisenziya olub. Komandanın baş məşqçisi Aslan Ağayev allsport.az saytına açıqlamasında, millinin çıxışını belə dəyərləbdirib:

“Bu yarışda 1 lisenziya nəzərdə tutmuşduq. Allaha çox şükür olsun ki, istəyimizə nail olduq. Əlbəttə, digər qızlara da böyük ümid vardı. 57 kq-da Alyona Kolesnik qazana bilərdi, amma qismət olmadı. 62 kq-da Tatyana Omelçenko da yaxşı idi. Yəqin, nəsə çatışmadı, o da lisenziyasız qaldı.

Allah qoysa, Tokio olimpiadasına 2 qadın idmançı ilə yollanacağıq. Komandanın öncülü Mariya Stadnikə və Elis Manolovaya inam çoxdur. Qoy az olaq, amma olimpiadada medalımız olsun. Nəzərdə tutulan həyata keçdi, indi qalır bunu Tokioda uğurla bitirmək”.

Həmin kateqoriyadan