- Baxış sayı: 264
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Aşqabad Şəhər Olimpiya İdman Kompleksində Türkmənistan Uşu Federasiyası və Aşqabad Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə açıq şəhər birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, yarışda 40-a yaxın idmançı, 2003-2008-ci il təvəllüdlü, 25-40 kiloqram çəki dərəcələrində idmançılar birincilik uğrunda güclərini sınayıblar.
Yarışın keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında idman növünün daha da inkişaf etdirilməsi, idmançıların idman ustalığının artırılması və onlar arasında dostluq münasibətinin yaradılması olub. Gərgin rəqabətdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin birinci katibi Kamal Xəlilovun oğlu Camal Xəlilov yarışda uğurla çıxış edərək, qızıl medal qazanıb. Tədbirə dəvət alan səfir Vəhdət Sultanzadə çıxış edərək, Azərbaycanda bütün idman yarışlarının yüksək səviyyədə keçirildiyini, ölkə rəhbərliyinin dəstəyi ilə idmanın inkişafı üçün kompleks tədbirlərin görüldüyünü və bu istiqamətdə dövlət tərəfindən siyasətin çox uğurla həyata keçirildiyini deyib. Sonra ölkəmizin Türkmənistandakı elçisi qalibləri diplom və medallarla təltif edib.
Diplomat çıxışında onu da bildirib ki, Azərbaycan dövlətinin siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün hərtərəfli şəraitin yaradılması, sağlam, savadlı, vətənpərvər gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Ölkədə yeni idman infrastrukturunun yaradılmasına da xüsusi önəm verilir. Səfir Azərbaycan-Türkmənistan əlaqələri barəsində deyib ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə də siyasi, iqtisadi, humanitar, elm və təhsil, idman sahələrində əməkdaşlıq inkişaf etməkdədir. Diplomat idmançılara daha yüksək zirvələrə çatmalarını arzu edib.