- Baxış sayı: 71
- 23 Yanvar 2026 14:43
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı şəhər çempionatı keçirilib. Allsport.az saytı xəbər verri ki, yarışda 9 idmançı 9 atla iştirak edib. Çaparlar 2 proqram üzrə — 100–120 və 120–140 sm hündürlüklərə tullanmaqla maneələrin dəf edilməsi üzrə qüvvələrini sınayıblar. İlk sınaqda 1-ci yeri «Samur» ləqəbli atla Səməd Əliverdiyev tutub.
Digər proqramda hamıdan yaxşı nəticəni «Cerry Sanders»lə Rüstəm Hümbətov göstərib. Yarışın sonunda BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov və RAMBİOEUGİM-nin direktoru Kərim Zamanov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. Yarışda ilk 3 yeri tutanlar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.