AVF prezidentinin iclası

Voleybol yığmalarımızın qızıl Avropa liqasındakı çıxışı ilə bağlı iclas keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov iştirakı ilə keçirilən toplantıda Bakıda qadın voleybolçular arasında keçiriləcək qızıl Avropa liqasının 3-cü mərhələsinə hazırlıq müzakirə olunub.

GİN-in voleybol mərkəzində baş tutan toplantıda AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi və vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Həmin kateqoriyadan