AVF rəsmisi gümüş liqada supervayzer olacaq

Azərbaycan voleybol federasiyasının təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa voleybol konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa gümüş liqası oyunlarına təyinat alıb.

Allsport.az xəbər verir ki, İsmayılova 27-29 iyunda Tbilisidə keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq komandaları mübarizə aparacaqlar.

Həmin kateqoriyadan