- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 31-ci turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib, qələbə seriyasını 8-ə çatdırdı. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Cavid Hüseynovun ikinci hissənin əvvəlində vurduğu qolla 3 xal qazandı.
Yarımmüdafiəçi səfər qarşılaşması ilə bağlı fikirlərini klub saytına açıqlayıb:
“Xəzər Lənkəran”la oyun çətin oldu. Qarşılaşma gözlədiyimiz kimi alınmadı. Komandamızın sürətli, özünəxas oyun üslubu formalaşıb. Lakin Lənkəranda bunu nümayiş etdirə bilmədik. Amma əsas olan nəticədir ki, buna da nail olduq. Çətinliklə də olsa, ardıcıl 8-ci qələbəmizi qazana bildik. İlk yarıda oyunumuzun alınmadığını deməzdim. 3 qol imkanımız oldu. Viktor Mendi, Bəxtiyar Soltanov və Ekiqo Ehiosun fərqlənə bilərdilər. Amma ümumilikdə komandada sürət çatmırdı. “Qarabağ”la qarşılaşmada daha yaxşı çıxış edib, öz oyunumuzu göstərəcəyik. Doğma azarkeşlərimiz önündə daha baxımlı futbol sərgiləyəcəyik”.
Mövsümdə 10-cu qolunu vuran Hüseynov Premyer Liqanın bombardirləri yarışında 3-cü pillədə qərarlaşıb. Ən məhsuldar futbolçu adına şərik olmaq üçün 3 qol vurmalı olan yarımmüdafiəçi klub rekordunu təkrarlamağa da yaxındır. Belə ki, “Qəbələ”də bir mövsümə ən çox qol vuran futbolçu Daniel Subotiç ötən çempionatda 12 dəfə fərqlənmişdi. Hüseynov üçün avrokuboklara yaxın olan “qırmızı-qaralar”ın çempionatı bürünc medalla başa vurması daha vacibdir:
“Yenə qol vurmağımı dəyişiklikdən sonra mərkəzdə oynamağımla əlaqələndirməzdim. Mənim üçün mərkəzdə və ya cinahda oynamağın fərqi yoxdur. 10-cu qolu vursam da, indidən bombardirlik yarışına qoşulmağım haqda danışmaq tezdir. Hələ 3 qol lazımdır. Əgər növbəti turda “Qarabağ”a da qol vursam, onda bombardirlikdən danışmaq olar. Daniel Subotiçə məxsus klub rekorduna da çatmaq, yeniləmək istəyərdim. Amma əsas medallar uğrunda mübarizədir. Avrokuboklara bürünc mükafatçı kimi yollanmağımızı istəyirəm”.