- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Azərbaycanı Avroliqada təmsil edən hər üç klub – “Qəbələ”, “Neftçi” və “Kəpəz” səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaq. Amma bunun üçün hələ klublarımız özləri də ikinci təsnifat mərhələsini qalib başa vurmalıdır.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək. Klublarımızın bütün potensial rəqibləri:
3-cü qrup
“Qəbələ”nin potensial rəqibləri
1. “Lill” (Fransa)
2. “Maribor” (Sloveniya) / “Levski” (Bolqarıstan) cütünün qalibi
3. “Austriya” (Avstriya) / “Kukesi” (Albaniya) cütünün qalibi
4. “Panatinaikos” (Yunanıstan)
5. “Makkabi” (Hayfa) / “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
6. “İaşi” (Rumıniya) / “Hayduk” (Xorvatiya) cütünün qalibi
4-cü qrup
“Neftçi”nin potensial rəqibləri
1. “Genk” (Belçika) / “Buduçnost” (Çernoqoriya)
2. “Rapid” (Avstriya)
3. “Herta” (Almaniya)
4. “Rieka” (Xorvatiya)
5. “Aruça” (Portuqaliya)
6. “Mlada Boleslav” (Çex Resbublikası)
5-ci qrup
“Kəpəz”in potensial rəqibləri
1. “Gent” (Belçika)
2. “Slovan” (Çex Resbublikası)
3. “Vest Hem” (İngiltərə)
4. “Mitdyulland” (Danimarka) / “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
5. “Beroe” (Bolqarıstan) / HJK (Finlandiya) cütünün qalibi
6. “Apollon” (Kipr)